Macarıstan Rusiyadan neft alışını dayandırmaq niyyətində deyil.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində bildirib.

"Başqa yerdən neft-qaz almaqla bağlı xəyal qurmaq gözəl olardı, amma Rusiyadakı mənbələr olmadan etibarlı enerji tədarükünü təmin edə bilmərik", - o qeyd edib.

Macarıstan XİN başçısı ölkəsinin enerjini yalnız müvafiq infrastrukturu olan ölkələrdən ala biləcəyini qeyd edib. O vurğulayıb ki, Budapeşt Rusiyadan tədarük olmadan enerji təhlükəsizliyini təmin edə bilməz.

P.Siyarto bu bəyanatı ABŞ Prezidenti Donald Trampın NATO üzvü olan bütün ölkələri Rusiyadan neft alışını dayandırmağa çağırmasından sonra verib.

.