Türkiyəli müğənni Petek Dinçözün iki gün əvvəl Şamaxıda verdiyi konsertə görə aeroportda dava baş verib.
Virtualaz.org saytı Türkiyə mənbələrinə istinadən xəbər verir ki, müğənninin ansamblı və texniki heyəti oktyabrın 5-də Şamaxıdakı "Samaxi Palace Platinium by Rixos” otelində konsert vermək üçün İstanbul aeroportundan yola çıxıb.
Heyət konserti təşkil edən şirkətin nümayəndələri ilə İstanbul Atatürk hava limanında görüşərək pullarını bəri başdan tələb ediblər. Təşkilatçılar konsertə görə P.Dinçözün heyətinə çatmalı olan 30 min dollardan 21 min 800 dollarını verib. Lakin heyət pulun qalan 8 min 200 dollarını da tələb edib və bu üzdən aeroportda təşkilatçılarla konsert heyəti arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib.
Xəbərlərə görə, Petek Dinçöz Şamaxıya 28 nəfərlik heyətlə gəlib və konsert proqramında çıxış edəndən sonra geri dönüb. Onun konsert üçün nə qədər qonorar aldığı məlum deyil. Konsertin təşkilatçısı Nahid Emiloğlu olub.
.