Peşmərgə qüvvələrinin silah və sursata ehtiyacı olan təqdirdə bunların Türkiyədən keçə bilməsi üçün Türkiyə ilə İraq Kürdüstan Yerli İdarəçiliyi arasında razılığa gəlinib.
ANS PRESS-in məlumatına görə, belə bir razılığın olduğunu Peşmərgə silahlılarının mətbuat sözçüsü Osman Rişeyi dünən axşam saatlarında verddiyi açıqlamada bildirib. "Türkiyə ilə Kürdüstan bölgəsi arasında peşmərgələrin silaha ehtiyacı olduğu təqdirdə göndərilməsi haqqında razılığa gəlinib. Kobanidəki Peşmərgələrin ehtiyacı olarsa, yardımlar bundan sonra da davam edəcək”, - deyə o əlavə edib.
O, növbəti dəfə Peşmərgə qüvvələrinin Türkiyədən keçərək Kobaniyə silah-sursat daşındığını deyib. Onun sözlərinə görə, keçən ay Türkiyə vasitəsilə silah və sursat daşınması zamanı insanların rəğbəti ilə qarşılanan peşmərgə qüvvələri bu dəfə məlumat verilmədiyi üçün səssiz-sədasız keçiblər.
Qeyd edək ki, Osman Rişeyinin razılıq haqqında açıqlamasını Türkiyə təhlükəsizlik mənbələri də təsdiqləyib. Səlahiyyətli şəxslər anlaşmaya əsasən Peşmərgə qüvvələrinin əlindəki bütün silah və sursatın qeydə alındığını, ehtiyac olarsa, göndəriləcək əlavə silah və sursatın da giriş və çıxışlarının qeyd ediləcəyini bildiriblər. Onlar həmçinin bu silah-sursatın başqa qüvvələrin əlinə keçməməsi üçün çox ciddi nəzarətdə saxlanıldığını da deyiblər.
.