
Rusiya Gürcüstanla münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır, lakin diplomatik əlaqələrin bərpası üçün hər hansı dəqiq müddət yoxdur.
Yenizaman yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya XİN başçısının müavini Mixail Qaluzinin Rusiyanın Gürcüstanla diplomatik əlaqələri bərpa etməyə hazır olması barədə bəyanatını şərh edərkən deyib.
"Hər hansı dəqiq müddət yoxdur. Lakin Rusiyanın həqiqətən münasibətlərin normallaşması üçün addımlar atmağa hazır olması doğrudur. Biz buna hazır olan və bunu istəyən bütün ölkələrlə yaxşı münasibətlər qurmaqda maraqlıyıq", - Kremlin nümayəndəsi vurğulayıb.
.