
Rusiya Ukraynada NATO kontingentinin yerləşdirilməsinə imkan verməyəcək və öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atacaq.
Yenizaman "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“NATO-nun Ukraynaya daxil olmaq cəhdi ölkəmiz üçün təhlükə yaradır. Biz xarici silahlı qüvvələrin, NATO qoşunlarının sərhədlərimiz yaxınlığında Ukrayna ərazisində mövcudluğunu təhlükə hesab edirik. Çünki NATO Rusiyanı düşmən sayır və bu, onların sənədlərində öz əksini tapıb. Biz buna imkan verə bilmərik və təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi edəcəyik”, – deyə Peskov vurğulayıb.
.