Növbəti Rusiya-Amerika təmasları iki ölkənin Xarici İşlər nazirlikləri vasitəsilə ekspertlər səviyyəsində baş tutacaq.

Yenizaman Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb mediasının fevralın 25-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilməsi planlaşdırılan görüşlə bağlı məlumatlarını şərh edərkən bildirib.

“Növbəti təmaslar Xarici İşlər nazirlikləri vasitəsilə ekspertlər səviyyəsində təmaslardır, ona görə də bu görüşlə bağlı məlumat almaq üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edirəm”, - o deyib.

Peskovun sözlərinə görə, bu cür danışıqlarda dialoqun normallaşdırılması tədbirləri müzakirə olunacaq.

O həmçinin vurğulayıb ki, ilk növbədə, diplomatik qurumların işinin qarşılıqlı əsasda normallaşdırılması tədbirləri məhz həmin danışıqlarda ekspertlər səviyyəsində müzakirə olunacaq.

.