
Rusiya Avropa ölkələrinin onun aktivlərini ələ keçirmək cəhdlərini cavabsız qoymayacaq.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, dondurulmuş Rusiya aktivlərinin ələ keçirilməsi ilə bağlı Avropa İttifaqında müzakirələr “banda”nın davranışına bənzəyir.
Kremlin sözçüsü qeyd edib ki, bu cür hərəkətlər cavabsız qalmayacaq və Moskva bu qanunsuz hərəkətlərdə əli olanların qanuni və başqa cür məsuliyyətə cəlb olunması üçün əlindən gələni edəcək: "Hər kəs başa düşməlidir ki, bu cavabsız qalmayacaq”.
.