Rusiya-ABŞ danışıqlarının davam etməsi gözlənilir, lakin tarix hələ müəyyən edilməyib.

Yenizaman Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Danışıqlar davam etməlidir, bu, ümumi anlayışdır. Hələ ki, konkret gün yoxdur, bəlli olan kimi sizi məlumatlandıracağıq", - o qeyd edib.

Daha əvvəl Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bu həftə Rusiya və ABŞ arasında yeni təmasların gözlənildiyini bildirib.

.