Rusiya bir daha Qərbə heç vaxt etibar etməyəcək.

TASS verdiyi məlumata görə, bunu bazar ertəsi efirə gedən NBC telekanalına müsahibəsində Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı böhran uzun sürəcək.

“Bəli, uzun bir böhran olacaq. Biz bir daha Qərbə heç vaxt etibar etməyəcəyik”, - deyə Peskov bildirib.

Müsahibəni aparan jurnalist Keir Simmons Peskovla söhbətin bir saatdan çox davam etdiyini deyib.

Telekanal müsahibənin tam versiyasının göstərilib-göstərilməyəcəyi haqqında məlumat verməyib.
 

.