
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında təmaslar Ukrayna nizamlanması kontekstində son dərəcə vacibdir.
Yenizaman Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Şübhəsiz ki, prezidentlər Putin və Tramp arasında əlaqələr Ukrayna nizamlanması kontekstində son dərəcə vacibdir. Bu tezislə, əlbəttə ki, razıyıq. Bu əhəmiyyəti qiymətləndirmək çətindir", - o, ABŞ dövlət katibi Mark Rubionun Putinlə Trampın görüşünün Ukrayna nizamlanması üçün yeganə şans olması barədə açıqlamasını şərh edərkən deyib.
"Yüksək səviyyəli görüş hazırlanmalı və bu, nəticəyönümlü olmalıdır, çünki yüksək səviyyəli görüşdən əvvəl ekspert danışıqları, məsləhətləşmələr, gərgin hazırlıq işləri aparılır, xüsusən də söhbət Rusiya Federasiyası və ABŞ prezidentlərinin yüksək səviyyəli görüşündən gedirsə", - Peskov qeyd edib.
.