Rusiya və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlıq hər zaman gündəlikdədir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Prezident Vladimir Putinlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlığı müzakirə edib-etməməsi ilə bağlı suala cavab verərkən deyib.

“İki ölkə arasında hərbi-texniki əməkdaşlıq hər zaman gündəlikdədir. Faktiki olaraq bizim qarşılıqlı fəaliyyətlərimiz bu cür həssas sferada inkişaf edir. Ümumilikdə, bizim bütün sahələr üzrə əlaqələrimiz yüksək səviyyədədir”, - Peskov bildirib.

O, iki prezident arasında son təmaslar zamanı hərbi-texniki əməkdaşlıq mövzusuna müxtəlif aspektlərdə toxunulduğunu təsdiq edərək, tərəflərin budəfəki görüşü zamanı da bu məsələnin gündəmdə olacağını qeyd edib.

.