Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib.

TASS xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Bilirsiniz ki, Rusiya Prezidenti sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib", - D.Peskov ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasının bu il Rusiya-Ukrayna münaqişəsinin həlli üzərində işləmək niyyətində olması barədə məlumatı şərh edərkən bildirib.

.