Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyətini açıqlamayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, KTMT öz effektivliyini və aktuallığını sübut edən müstəqil, yetkin, yetişkin təşkilatdır: “Təşkilatda iş davam edir. İndiyədək Ermənistan bu təşkilatdan çıxmaq niyyətini bəyan etməyib", - deyə Peskov vurğulayıb.

Kremlin sözçüsü onu da qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla son telefon danışığı zamanı Ermənistanın KTMT çərçivəsində işini müzakirə etməyib.

 

.