
Polşanın hərəkətləri Rusiyaya qarşı qeyri-dost siyasətinin bir hissəsidir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Krakovda Rusiya diplomatik missiyasının bağlanması onsuz da acınacaqlı vəziyyətdə olan ikitərəfli münasibətlər zəncirinin halqalarıdır", - o qeyd edib.
Daha əvvəl bu gün Polşanın 30 gün ərzində Rusiyanın Krakovdakı baş konsulluğunu bağlaya biləcəyi məlum olub.
.