“Özünütəcrid rejimində olan Rusiya Prezidenti Vladimir Putin özünü əla hiss edir”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezident özünü əla hiss edir, işləyir. Lakin bu həftə tədbirlər əsasən videokonfrans rejimində keçiriləcək”, - deyə Rusiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, Putin ətrafındakı onlarla insanın koronavirusa yoluxması səbəbindən sentyabrın 14-də özünütəcrid rejiminə keçdiyini açıqlayıb.
 

.