“Xüsusi xidmət orqanları Əfqanıstanla bağlı gecə-gündüz işləyir”.

TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin sözü Dmitri Peskov söyləyib.

“Xüsusi xidmət orqanları Əfqanıstanla bağlı gecə-gündüz işləyir. Əfqanıstandakı vəziyyət və hadisələrin necə inkişaf edəcəyi barədə müxtəlif ssenarilər proqnozlaşdırılır”, - o qeyd edib.

Peskov Əfqanıstandan təxliyə işlərinə də toxunub: “Yeni təxliyə əməliyyatları planlaşdırılmır. Amma hər şey vəziyyətin dəyişməsindən və hadisələrin inkişafından asılıdır”.

.