“Meta” qaydalar və manipulyasiya ilə oynayıb, bu isə onun gələcəkdə Rusiyada işləyəcəyi ehtimalını azaldır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib .

“Şirkət əvvəllər buraxılmış çox xoşagəlməz səhvlərdən birtəhər uzaqlaşmağa çalışsa da, dolayısı ilə etiraf edir ki, Ukrayna ərazisində bu və ya digər üsulların tətbiqi məqbuldur, amma hansısa ölkədə hələ də qəbuledilməzdir. Yəni, şirkət bir az qaydalarla, manipulyasiya ilə oynayıb. Bu, ölkə ərazisində belə şirkətlərin fəaliyyət göstərməsini az mümkün edir", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiyada “Meta” şirkətinə daxil olan “Facebook” və “Instagram” sosial şəbəkələrinin fəaliyyəti dayandırılıb. Ölkə ərazisində bu şəbəkələrə giriş məhdudlaşdırılıb.

.