Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Prezident Vladimir Putinin hakimiyyətdən “kənarlaşdırılması” ilə bağlı açıqlaması nazirin nüfuzuna xələl gətirir və onun peşəkarlığını şübhə altına alır.

TASS xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Xatırladaq ki, Kuleba Putinin hakimiyyətdən kənarlaşdırılmasının Ukraynada müharibəni dayandıra biləcəyini söyləmişdi.

.