Kreml "Telegram"ın qurucusu Pavel Durovun neçə vətəndaşlığa malik olduğunu bilmir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Bununla belə, Kremlin sözçüsü Durovun hələ də Rusiya Federasiyasının vətəndaşı olduğunu söyləyib.
Onun sözlərinə görə, Durovun Fransada müdafiəsi üçün lazım olan hər şey var.
Peskov Durovun məhkəməsinin siyasi təqibə çevrilməməsinin vacib olduğunu vurğulayıb.
.