İslamabadda məhkəmə Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfə Vətənə xəyanət ittihamını rəsmən elan edib.
İttihama əsasən, 2007-ci ildə Müşərrəf ölkədə fövqəladə vəziyyət rejimini elan etməklə, öz səlahiyyətlərini xeyli genişləndirib.
Sabiq prezidentə 5 maddəlik ittiham irəli sürülsə də, o, özünü günahkar saymaqdan imtina edib.
Pakistan qanunvericiliyinə əsasən, dövlətə xəyanət etmiş şəxsə ölüm hökmü yaxud da ömürlük həbs verilir.
.