
Xəbər verdiyimiz kimi, tanınmış aktrisa Pərvin Abıyeva ilə həmkarı Tunay Əliyeva arasında qalmaqal yaşanıb.
Publika.az xəbər verir ki, bir-birini məhkəmə ilə hədələyən aktrisalar arasından ilk addımı Türkiyədə yaşayan Tunay Əliyeva atıb. O, məhkəməyə müraciət edərək Pərvin Abıyevadan 100 min manat təzminat tələb edib. Bu barədə aktrisanın vəkili Adəm Məmmədov öz feysbuk hesablnda məlumat verib:
"Teleaparıcı, aktrisa Tunay Əliyeva pozulmuş hüquqlarının müdafiəsi üçün müraciət edərək mənimlə müqavilə bağladı. Belə ki, aktrisa Pərvin Abıyeva tərəfindən Tunay Əliyeva barəsində kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə, sonuncunun pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət olunacaq. Pərvin Abıyevanın işlətdiyi sözlər qanunsuz hesab edilərək, təkzib olunmaqla, həmçinin sonuncu tərəfindən üzr istənilməklə, 100 min manat iddiaçı Tunay Əliyevanın xeyrinə tutulması məhkəmədən tələb olunacaq”.
Qeyd edək ki, onlar arasında qalmaqala səbəb tərəflərin bir-birini "300 manatlıq fahişə” adlandırması olub.