Peruda mərəçüyüd bitkisi arasında gizlədilmiş iki ton kokain müsadirə edilib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, qadağan olunmuş yükün ixrac edilməsi gözlənilirmiş.   

Mərəçüyüd qablarında gizlədilmiş kokain korporasiyanın ərazisində aşkarlanıb. 

Hadisə yerində 5 perulu və 1 Serbiya vətəndaşı həbs edilib.  

 

Prokurorluğun xəbərinə görə, 2015-ci ildə 44 ton kokain müsadirə edilib.  

.