"People” jurnalı ənənəvi olaraq dünyanın ən gözəl qadının adını açıqlayıb.

"Gözəlçə” Culia Roberts bu dəfə də "People” jurnalı tərəfindən dünyanın ən gözəl qadını seçilib.

Aktrisa Culia Roberts ilk dəfə 26 il əvvəl, 1991-ci ildə, 23 yaşında jurnal tərəfindən bu titula layiq görülmüşdü. Bu il aktrisa 49 yaşını qeyd edəcək.

"People” jurnalı tərəfindən artıq 5-ci dəfədir ki, bu titula layiq görülən aktrisa rekord qırıb.

Ötən il dünyanın ən gözəl qadını Cenifer Eniston seçilmişdi.

.