Pentaqonun rəhbəri Lloyd Ostin CNN telekanalına müsahibəsində deyib ki, ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək və bu ölkə üzərində uçuşa qadağa zonası yaratmayacaq.
O bildirib ki, ştatlarla Rusiya arasında qarşıdurma heç kimə lazım deyil.
“Prezident açıq şəkildə bildirdi ki, bizim hərbçilər Ukraynada Rusiya Federasiyası ilə döyüşlərdə iştirak etməyəcək”, - deyə Ostin bildirib.
O vurğulayıb ki, uçuşa qadağa zonasının yaradılması ABŞ-ın birbaşa iştirakı deməkdir, çünki belə halda rejimi pozanlara qarşı tədbir görməli olur.
“Bu, o demək olardı ki, biz Rusiyaya qarşıyıq, söhbət iki nüvə nəhəngindən gediriki nüvə gücündən gedir. Onların müharibəyə qatılmasını heç kim görmək istəməz”, - deyə Ostin bildirib.
O, ABŞ-ın NATO ölkələrinin ərazisinin hər qarışını müdafiə edəcəyini də vurğulayıb.
Ostin: “ABŞ Çinin Ukraynada xüsusi əməliyyata dəstək verməsini istəmir”
ABŞ açıq şəkildə bildirib ki, Rusiyanın Ukraynadakı əməliyyatını dəstəkləmək pis seçimdir.
Bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin CNN-nə müsahibəsində deyib:
“Mən spekulyasiya etmək və ya hipotetik əsaslandırmaya getmək istəmirəm. Ümid edirəm ki, Çin dəstək göstərməyəcək”.
Onun sözlərinə görə, ABŞ Çinə Rusiyanı dəstəkləməyin pis seçim olacağını açıq şəkildə bildirib.
