Venesuelanın iki hərbi təyyarəsi beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığından uçub.

Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

"Son dərəcə təxribatçı bu addım bizim narkoterrorla mübarizə əməliyyatlarımıza mane olmaq məqsədi daşıyırdı", - məlumatda deyilir.

Bildirilir ki, Venesuela kartelinə ABŞ-nin hərbi narkotiklərlə mübarizə və antiterror əməliyyatlarına daha da mane olmağa, çəkindirməyə və ya müdaxilə etməyə cəhd etməmək tövsiyə olunur.

.