ABŞ müdafiə naziri Lloyd Austin Vaşinqtonda Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə ABŞ-ın Ukraynaya 60 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim etdiyini açıqlayıb.

Bu barədə TASS-a istinadən xəbər verir.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 60 milyon dollarlıq yardım göstərmək üçün memorandum imzalayıb. Müvafiq sənəd Ağ Evin saytında dərc edilib. Sənədə görə, dövlət başçısı Ukraynaya kömək etmək üçün hərbi təhsil və təlimlərə vəsait ayrılması barədə tapşırıq verib.
 

.