ABŞ-ın Müdafiə Nazirliyi Kabil hava limanına yönəlmiş yeni terror aktlarının baş verə biləcəyini bəyan edib.

Nazirliyin rəsmi nümayəndəsi Con Kirbi artıq belə hücumlara hazır olduqlarını bildirib.

O, həmçinin 20 il öncə olduğu kimi Əfqanıstan ərazisindən ABŞ-a hücumların təkrarlanmasına yol verməyəcəklərini də qeyd edib.

Xatırladaq ki, dünən Kabil hava limanı yaxınlığında baş vermmiş partlayış nəticəsində 170 nəfər ölüb, 1300-dən çox şəxs xəsarət alıb.

.