Amerika qoşunlarının Somalidən çıxarılması və Şərqi Afrikadakı digər bazalara köçürülməsinə başlanılıb.

Bu barədə “CNN” məlumat yayıb.

ABŞ qoşunlarının Afrikadakı komandanı, general Stiven Taunsend deyib ki, artıq amerikalı hərbçilərin Somalidən Şərqi Afrikadakı digər bazalara yerləşdirməsi ilə bağlı müvafiq əmr verib.

Qeyd edək ki, ABŞ hərbçiləri 2017-ci ildə terrorçuluğa qarşı mübarizə çərçivəsində ölkə prezidenti Donald Tramp tərəfindən Somaliyə göndərilib. Hazırda Somalidə əsasən xüsusi təyinatlılardan ibarət 700 ABŞ hərbçisi var.

.