ABŞ Hərbi Hava Qüvvələri uçuşlarının təhlükəsizliyi ilə bağlı mümkün problemlərin araşdırılması üçün bütün 20 B-2 Spirit strateji bombardmançı təyyarələrinin uçuşlarını dayandırıb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü Bet Del Vekkio deyib.

B-2 bombardmançı təyyarələri Missuri ştatındakı Uaytman Hərbi Hava Qüvvələri bazasında yerləşir.
 

.