ABŞ Müdafiə Nazirliyi  silahlı qüvvələrin sıralarında 100-ə yaxın ekstremist olduğunu açıqlayıb.

Bu barədə Müdafiə Nazirliyinin hesabatında məlumat verilib.

“Müdafiə Nazirliyi qeyd edib ki, son bir ildə qadağan olunmuş ekstremist fəaliyyətdə iştirakları ilə bağlı rəsmi tədbir görülən hərbi qulluqçuların təxminən sayı 100-ə yaxındır.

Bundan əlavə, Pentaqon ekstremizmlə mübarizə üçün bir sıra tövsiyələr verib. Belə ki, daxili təhdidlərin təhlilinə yönəldilən maliyyələşdirmənin həcminin dəqiqləşdirilməsi, zərərli fəaliyyətin qarşısının alınması üçün hərbi və mülki personal üçün hərtərəfli təlim planı hazırlamaq, habelə ekstremist fəaliyyətə yeni tərif verlməsi və bununla bağlı siyasətə yenidən baxılması təklif olunur.

.