“Birləşmiş Ştatlar Ukraynaya Krımdakı aerodroma zərbə endirə biləcək heç bir silah vermədi”.

Bunu avqustun 12-də keçirilən qapalı brifinqdə Pentaqonun adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.

O, əlavə edib ki, ABŞ-ın aerodromdakı hücumun raketlərlə həyata keçirildiyini göstərəcək sübutu yoxdur.

Xatırladaq ki, avqustun 9-da Krım yarımadasının Novofedorovka hərbi aerodromunda partlayışlar baş verib.

.