"Azərbaycanda nağdsız ödənişlərin miqdarı həddən artıq çoxdur.”

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycanda nağd şəkildə maaşların verilməsinə məhdudiyyətin qoyulmasını şərh edərkən deyib. Onun sözlərinə görə, bu məsələ çoxdan müzakirə olunur:

"Nağdsız ödənişlərin miqdarı çox olduğu üçün bunun qarşısını almaq lazımdır. Biz Milli Məclisdə bu məsələni müzakirə etmişik. Hazırda sosial müavinətlər kartlarla verilir. Maaşlar nağd şəkilində verilməməlidir. Bu istər özəl, istərsə də qeyri-özəl müəssisələr üçün nəzərdə tutulub. Zənnimcə, bu məsələdə problem olmamalıdır. İnsanlar pensiyalarını necə alırlarsa, eləcə də aylıq maaşlarını alacaqlar. Artıq maaşlar kartla veriləcək.”

Vahid Əhmədov hazırda özəl sektorlarda bu məsələ ilə bağlı hazırlıqların getdiyini bildirib: "Müəssisələr hansı bankdan maaş alırsa, həmin banklar da onları kart sistemi ilə təmin etməlidir ki, insanlar arasında problem yaranmasın.”

Azərbaycanda nağd şəkildə maaş verilməsinə məhdudiyyət qoyulur. Aprelin 1-dən etibarən ödəmələr tamamilə nağdsız yolla həyata keçiriləcək. Bu qanunlar Cinayət Məcəlləsinə əlavə edilən yeni dəyişikliklərdə nəzərdə tutulur.
.