Pençe-Kilit əməliyyatı bölgəsində terrorçularla qarşıdurma nəticəsində Piyada Mütəxəssisi Çavuş Ömər Yıldırım və Piyada Mütəxəssisi Onbaşı Mehmet Əli Çapın şəhid olub, 2 əsgər isə yaralanıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlikdən verilən açıqlamaya görə, yaralanan əsgərlər dərhal xəstəxanaya göndərilib müalicələrinə başlanılıb:

“Dərin acı və hüzn içərisindəyik. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə, Türk Silahlı Qüvvələrinə, xalqımıza və dostlarımıza başsağlığı və səbir diləyirik. Yaralanan şəxsi heyətimizə isə tezliklə şəfalar arzulayıram”.

.