Amerika Birləşmiş Ştatlarında (ABŞ) pələngi əhliləşdirməyə çalışan təlimçi, az qala onun yeminə çevriləcəkdi.

ATV.az-ın məlumatına görə, qəzəblənən yırtıcı qəflətən xanıma hücum edib. Onu dişləməyə başlayan təlimçinin köməyinə həyat yoldaşı çatıb. O, əlindəki taxta parçası ilə vəhşi heyvanın başına və bədəninə zərbələr endirib. Onu xanımından uzaqlaşdırmağa çalışıb.

Pələng isə qadını buraxmaq əvəzinə, onun ayağını dişləyərək sürüməyə başlayıb. Çətinliklə də olsa qadını pələngin pəncələrindən xilas etmək mümkün olub. Xəstəxanaya yerləşdirilən qadının səhhətində ciddi problem yoxdur.

.