Çinin paytaxtı Pekində keçiriləcək XXIV Qış Olimpiya Oyunlarında atletlər kəndi rəsmən açılıb.

Olimpiya kəndləri dünyanın hər yerindən gələn qonaqları - idmançıları, nümayəndə heyətlərini və jurnalistlərin əksəriyyətini qəbul etməyə başlayıb.

Yarışlar eyni vaxtda üç klasterdə - Pekin, Yanıtsin və Çjantszyakou təşkil olunacaq. Olimpiya kəndlərində ümumilikdə 5 500-ə yaxın idmançı və nümayəndə heyəti üzvləri məskunlaşa bilər.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.

.