ABŞ senatorları 2022-ci Müdafiə siyasəti haqqında Qanuna düzəlişləri təqdim ediblər.

Bu düzəliş ölkənin vəsaitlərinin Pekin-2022 Qış Olimpiya Oyunlarına xərclənməsini qadağan edir.

Görülmüş tədbir ABŞ-ın oyunların ən azı diplomatik boykotunu təmin etməlidir. Rəsmi Vaşinqton Çin Kommunist Partiyasını insan hüquqların və etnik azlıqların hüquqlarının pozulmasına görə sərt tənqid edir. Qanun layihəsinin müəllifləri qismində beynəlxalq münasibətlər üzrə komitənin üzvləri Tim Keyn və Ed Marki, habelə respublikaçı Todd Yanq iştirak edib.

Düzəlişlər qəbul olunsa, olimpiada vaxtı Pekinə dövlət hesabına istənilən ABŞ məmurunun səfərləri istisna ediləcək. Habelə dövlət qulluğunda çalışan idmançı və məşqçilərə nəzəri cəhətdən problem yarana bilər. Hərçənd senatorlar əmin edirlər ki, qanun ABŞ nümayəndə heyətinin maliyyələşdirilməsinə təsir etməyəcək.

Lakin idmançı, məşqçi və idman funksionerlərindən başqa kiminsə Pekinə səfəri koronavirus məhdudiyyətləri üzündən az ehtimal olunur.

Daha əvvəl Pekin-2022-nin siyasi məqamlar üzündən boykot etmə ideyası barədə Kanada, Böyük Britaniya və Norveçin rəsmiləri fikir bildirib. Lakin bunlar həmin ölkələrin idman təşkilatları arasında dəstək tapmayıb.

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları 2022-ci il 4 - 20 fevralda olacaq.

.