Pedro yeni klubu "Çelsi"də artıq ilk məşqə çıxıb.
Yenizaman.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 28 yaşlı hücumçu bu gün komanda ilə ümumi məşqlərdə iştirak edib. "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun Pedronu İngiltərə Premyer Liqasında "Vest Bromviç"lə oyun üçün heyətə daxil ediləcəyi bildirilib.
Qeys edək ki, Pedro bu gün "Çelsi" ilə 4 illik müqavilə imzalayıb.
.