
Türkiyəli məşhur aktyor Burak Özçivit Bakıya gəlib.
Məşhur aktyor Bakıya "Kardeşim benim 2” filminin təqdimatı üçün təşrif buyurub. Bu barədə aktyor İnstaqram hesabında məlumat yayıb. O, hesabından foto paylaşaraq üzərinə Azərbaycan bayrağının şəklini də əlavə edib.
Qeyd edək ki, bir neçə saatdan sonra aktyorun rejissorluq etdiyi filmin qala gecəsi baş tutacaq. Yayılan xəbərlərə görə, kino ulduzunu həyat yoldaşı Fahriye Evcen müşayiət edəcək.
Sözügedən filmdə baş rolları Murad Boz, Burak Özçivit, Çeşmə Dəniz, o cümlədən azərbaycanlı aktyor Kamram Ağabalayev və başqaları canlandırıb.
.