Rusiyanın Qərbin onu öz suverenliyindən, müstəqil xarici və daxili siyasətindən imtina etməyə məcbur etməsi ilə razılaşmağa haqqı yoxdur.

Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“İstər ötən illərdə, istərsə də bu gün dünya böhranlarının faciəvi ssenariləri Vaşinqton tərəfindən birqütblü dünyanın dağılmasına müqavimət göstərərək, öz hegemonluğunu möhkəmləndirmək istəyi ilə tətbiq edilir. Birləşmiş Ştatlar çoxqütblü dünyanın digər mərkəzlərinin başını qaldırmaması üçün hər şeyi edir. Amma bizim ölkəmiz nəinki cəsarət edir, həm də açıq şəkildə bəyan edib ki, o, qoyulan qaydalarla oynamayacaq. Onlar Rusiyanı öz suverenliyindən, özünüdərkindən, mədəniyyətindən, müstəqil xarici və daxili siyasətindən əl çəkməyə məcbur etməyə çalışıblar. Bizim belə yanaşma ilə razılaşmağa haqqımız yoxdur", - Patruşev “Rossiyskaya qazeta”ya müsahibəsində deyib.

.