Qərb Rusiya ilə silahlı münaqişəyə hazırlıqlarını dayandırmır.

TASS-ın məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Təhlükəsizlik Şurası Katiblərinin 17-ci illik görüşündə deyib.

O, Ukrayna münaqişəsi fonunda Qərbin Rusiyaya qarşı açıq silahlı münaqişəyə hazırlıqla hibrid addımlar arasında balanslı formada addımlar atdığını deyib.

Patruşev Ukrayna tərəfinin ABŞ-ın təhriki ilə Rusiya ordusunun nəzaərtində olduğu Zaporojye AES-ə zərbələr endirdiyini və fəlakətin baş verəcəyi təqdirdə məsuliyyətin ABŞ və Böyük Britaniyanın üzərinə düşəcəyini əlavə edib.

.