Ukraynadakı münaqişənin “qaynar mərhələsi” başa çatdıqdan sonra da anqlosakslar Rusiya ilə proksi müharibəni dayandırmayacaqlar.

Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“Başa düşmək lazımdır ki, Ukraynada münaqişənin “qaynar mərhələsi” başa çatsa belə, anqlo-sakson dünyası Rusiya və onun müttəfiqlərinə qarşı proksi müharibəni dayandırmayacaq. Ukraynada xüsusi hərbi əməliyyatın gedişi göstərir ki, ABŞ və NATO bu hərbi münaqişəni uzatmaq üçün səylərini davam etdirmək niyyətindədirlər. Onlar artıq münaqişənin iştirakçısına çevriliblər”, - deyə Patruşev vurğulayıb.

.