Hökməli qəsəbəsində dəhşətli partlayış nəticəsində dünyasını dəyişən "Azəravtoyol” ASC-nin aparat rəhbəri Müşfüq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.

Bu barədə AzNews.az-a Ankara Nümunə Xəstəxanasından məlumat verilib.

Qadının dünən gecə saatlarına öldüyü bildirilir. Bu gün Ş. Novruzovanın nəşinin Azərbaycana gətirilməsi gözlənilir.

Qeyd edək ki, oktyabrın 20-də səhər saatlarında "Azəravtoyol” ASC-nin Aparat rəhbəri Müşfiq Qurbanovun evində dəhşətli partlayış olub. Hadisə nəticəsində ailənin kiçik qızı 3 yaşlı Banıçiçək Qurbanlı ölüb. Ailənin digər 3 üzvü ağır vəziyyətdə Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Hadisədən bir gün sonra yaralılar Türkiyəyə aparılsa da Müşfiq Qurbanovun həyatını xilas etmək mümkün olmayıb. 

.