Rusiyadan Ermənistana gedən buğda yüklü qatar artıq Azərbaycan ərazisindən Gürcüstan istiqamətində keçir.
Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan “Armenpress”ə bildirib.
Onun sözlərinə görə, Rusiya taxılı tezliklə Ermənistana çatacaq.
“Qeyd etmək istəyirəm ki, bu istiqamətdə azərbaycanlı və rusiyalı həmkarlarımın gördüyü işləri yüksək qiymətləndirirəm. Bu hadisə qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh çağırışının təbliği üçün böyük əhəmiyyət daşıyır”, - Qriqoryan qeyd edib.
.
