Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyan tutduğu vəzifədən azad olunub.

"Sputnik Armenia" verdiyi xəbərə görə, müvafiq qərarı Ermənistan Baş naziri Nikol Paşinyan imzalayıb.

Bildirilir ki, qərar “Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 10-cu bəndinə əsasən imzalanıb. Mane Gevorqyan "Facebook" səhifəsində öz ərizəsi ilə vəzifəsindən azad edildiyini açıqlayıb. O, Baş nazirə və hökumət aparatına təşəkkür edib.

Qeyd edək ki, Mane Gevorqyan bu vəzifəyə 2020-ci ilin martında təyin olunmuşdu.

.