Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetovu İrəvanda qəbul edib.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və təşkilatda kollektiv təhlükəsizlik mexanizmlərini müzakirə edib.

Onlar həmçinin KTMT-nin məsuliyyət zonasında və regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

.