Vaşinqton bəyannaməsi və əldə edilmiş razılaşmalar konkret nəticələr verir.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın öz ərazisindən Ermənistana yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırması qərarı Ermənistanın blokadadan çıxması deməkdir.

"İqtisadiyyatımızın strukturunda tezliklə köklü dəyişikliklər baş verəcək. Artıq iki gündür ki, Azərbaycanın Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırması haqqında bəyanatı müzakirə olunur. Bu, çox vacib qərardır və onu göstərir ki, Vaşinqton Bəyannaməsi və əldə olunmuş razılaşmalar sadəcə bəyannamələr deyil. Bu, konkret nəticələr gətirən bəyannamələrdir", - o qeyd edib.

.