Ermənistan Baş nazir Nikol Paşinyan Soçiyə gedib.

“Sputnik Armenia” xəbər verir ki, bu gün Paşinyan Soçidə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüşdə iştirak edəcək.

Soçiyə səfər edən Ermənistan nümayəndə heyətinin tərkibi açıqlanıb

Bu gün Soçidə baş tutacaq görüşlə əlaqədar Rusiyaya səfər edən Ermənistan nümayəndə heyəti açıqlanıb.

 "Sputnik Armenia" xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi heyətə Baş nazirin müavini Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilər daxildir.

Qeyd edək ki, bu gün Soçidə Ermənistan Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli görüşü keçiriləcək. Üçtərəfli görüşdən əvvəl isə Putin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə ayrı-ayrılıqda görüşəcək.

.