Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib.

 “Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.

O qeyd edib ki, amma bu təklif rədd edilib.

Paşinyan sülhməramlıların mandatının uzadılması məsələsinin gündəmdə qalacağını əlavə edib.

“Biz mandatın qeyri-müəyyən müddətə - 5 il, 20 il uzadılmasını təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktualdır və gündəliyə salınacaq”, - o deyib.

İş üzrə ibtidai istintaq bitərək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

.