Sosial şəbəkələrdə Qarabağda mülki əhali arasında kütləvi tələfat barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə canlı yayımda bildirib.
O, Qarabağda atəşkəs rejiminə əməl olunduğunu da vurğulayıb.
Paşinyan: Qarabağ məsələsindən daxili intriqa üçün istifadə olunur
Bizdə məlumat var ki, bir gün əvvəl Xocalı hava limanına 10 mindən çox insan dəvət olunub. Onlara deyiblər ki, gəlin, çünki siz Ermənistana köçə bilərsiniz, sonra onların şəklini çəkib, lentə alıblar və deyiblər ki, Ermənistan sizə köçməyə icazə vermir.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə canlı yayımda deyib.
“Bu fotoşəkillər dərc olunub və mənə aydındır ki, bu, Ermənistan Respublikasında daxili siyasi təlatüm və xaos yaratmaq üçün edilir”, - o qeyd edib.
Paşinyan paytaxtdakı son aksiyalara da toxunub. Onun sözlərinə görə, 1997-1998-ci illərdə baş verən eyni hadisələr təkrarlanır.
“Qarabağ məsələsindən daxili intriqa üçün istifadə olunur”, - Baş nazir əlavə edib.
Paşinyan, İrəvanda davam edən aksiyalarda “bəzilərinin zorakılıq tətbiq etməsinin” məqsədinin “qan tökmək” və təhlükəsizlik qüvvələrini güc tətbiqinə təhrik etmək olduğunu da bəyan edib.
.