Ermənistan sülh sazişi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazırdır.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan: Ermənistan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirməməyə razıdır
İrəvan delimitasiya prosesi başa çatdıqdan sonra üçüncü ölkələrin qüvvələrini Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməməyə razıdır.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.
“Biz üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi ilə bağlı müddəanın genişləndirilməsini təklif edirik və bu, məntiqlidir, çünki delimitasiya nəticəsində sərhədin bu hissələrində eskalasiya riski xeyli azalır, hətta, deyərdim, minimuma enir. Beləliklə, sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan belə yanaşmanı təklif edir”, - o deyib.
Ermənistanda və Azərbaycanda delimitasiya komissiyalarının reqlamenti ratifikasiya olunub. Bu isə o deməkdir ki, delimitasiya prosesi davam etdirilməlidir.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.
“Düşünürəm ki, delimitasiya komissiyaları sərhədin hansı hissəsində delimitasiyanı davam etdirməyə hazır olduğumuzu müzakirə etmək üçün tezliklə bir araya gələcək. Biz burda konkret, konstruktiv işə köklənmişik”, - Paşinyan vurğulayıb.
Ermənistanın Baş naziri kommunikasiyaların açılması məsələsinə münasibət bildirib
Ermənistanın Baş naziri Nikol Paşinyan regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsinə münasibət bildirib.
O, “Armenpress”ə müsahibəsində deyib ki, bu məsələdə həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olacaq bir həll yolu tapıblar.
“Qiymətləndirməmizə görə, dəmir yolu bağlantısının necə bərpa olunacağına dair həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olacaq bir həll tapdıq. Biz bu qərarın təklifini yazılı şəkildə Azərbaycana göndərdik və müsbət reaksiya gözləyirik. Bu cavab alındıqda, müqaviləni tez bir zamanda imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazımdır”, - Paşinyan vurğulayıb.
.